2011-ci ilin yayında Türkiyədə böyük səs küy yaradan iyun alqı-satqısı qalmaqalı ilə bağlı sonuncu məhkımə qərarı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, hakim təqsirləndirilən şəxslərin bəziləri üçün tələb olunan həbs cəzasını təsdiq etdiyi halda, bəzi şəxslərin cəzasını ləğv edib.
 
Türkiyənin gündəmini zəbt edən bu açıqlamada həbsinə qərar verilən şəxslər arasında “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım da var.
 
Cəzaları təsdiq olunanlar:
 
Əziz Yıldırım – 6 il 3 ay həbs
Bülent Uyğun – 11 ay
Bülent İşçen – 2 il 4 ay
Əli Karatlı – 1 il 10 ay
Gökçek Vederson – 5 ay
Əli Yıldırım – 1 il 1 ay
İbrahim Akın – 1 il 6 ay
İlhan Ekşioğlu – 3 il 1 ay, 900 min lirə pul cəzası
Məcnun Otyakmaz – 2 il 4 ay
Şekip Mosturoğlu – 3 il 1 ay
Mehmet Yıldız – 1 il 3 ay
Sami Dinc – 1 il 14 ay
Samet Gözəl – 2 il 2 ay
Tamer Yelkovan – 1 il 3 ay
Ümit Karan – 7 ay
Yavuz Ağırgöl – 1 il 8 ay
Yusuf Turanl – 2 il 11 ay
 
Bülent Uyğun, Ümit Karan, Mehmet Yıldız, İbrahim Akın, Ali Yıldırım kimi məşhur futbol simalarının yer aldığı cəzalılar arasında ən çox adından söz edilən təbii ki, “Fənərbaxça”nın prezidenti Azi Yıldırım olub. 6 il 3 aylıq həbs cəza alması həm də onun klub prezidentliyinə son qoyub. Məşhur hüquqşünas Alpay Köşe açıqlamasında bundan sonra Yıldırımın Türkiyə sərhədləri daxilində heç bir quruma rəhbərlik edə bilməyəcəyini qeyd edib. Yıldırım da daxil olmaqla adıçəkilən şəxslərin həbsi məhkəmənin polisə hesabat təqdim etməsindən sonra başlanacaq.
 
Yıldırımın açıqlamasında haqqındakı qərarın siyasi olduğunu və onu tanımadığını bildirib: “Fənərbaxça”nı, siyasi və hüquqi qərarlarla əyməyə çalışanlar yenə tarixi bir səhvin eşiyindədi. “Fənərbaxça”nı ləkələmək istəyənlər bunu yaxşı bilməlidirlər ki, Əziz Yıldırım üçün tək gerçək “Fənərbaxçadı”.
 
Qeyd edək ki, hadisələrdən sonra “Fənər”in bazar dəyəri sürətlə enişə keçib. Komandanın birjadakı hissələri 835 milyon lirədən 765 milyona geriləyib.
 
Son olaraq bu səhər gələn açıqlamalarda Aziz bəyin 6 il 3 aylıq cəzasının müxtəlif maddələrlə yüngülləşdirilərək 2 aya endirildiyi vurğulanıb. Belə ki, o bu cəzanın 2/3-i ev dustağı kimi çəkəcək. Daha əvvəldən isə onsuz da 1 il həbsxanada yatdığı üçün yerdə 14 ay qalır. Türkiyə Cinayət Məcəlləsinin 5275 saylı maddəsindən yararlandıqda isə geriyə cəmi 2 aylıq bir dövr qalır.
Shares: