İngiltərə “Arsenal”ının türk əsilli yarımmüdafiəçisi Məsut Özil komandanın baş məşqçisi Arsen Vengerə tərif yağdırıb. Futbolinfo.az xəbər verir ki, o, fransız mütəxəssislə uzun illər çalışmaq istədiyini bildirib:
“Vengerin qalmasını çox istəyirəm. Məni bura gəlməyə razı salan o idi. Venger oyunçularını davamlı inkişaf etdirərək zirvəyə çıxaran dünya səviyyəsində bir məşçidi. Azarkeşlər də onu çox sevir. Gələcək illərdə də “Arsenal”ın başında olmasını və onunla çalışmaqğı çox istəyərəm".
Vengerin “Arsenal”la müqavilə müddəti mövsümün sonunda bitəcək.





