“Yaxşı oyun oldu. Hücumlarımız oldu, qol vəziyyətləri yaratdıq. Sadəcə, istifadə edə bilmədik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Türkiyənin “Gənclərbirliyi” ilə yoxlama oyunundan sonra “Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli deyib. Braziliyalı futbolçu sözlərinə belə davam edib:
 
“Məşqlərimiz olur. Ağır hazırlıqardan sonra meydana çıxıb oynamaq bir az çətindi. Ona görə də komanda yorğun idi. Amma yaxşı mübarizə apardıq. Deyirlər ki, bizim hücum xəttində problemlər var. Amma mən belə düşünmürəm. Komandamızın hücum xətti heç də pis oynamır".
Shares: