“Qalatasaray” rəhbərliyi uzun müddətdi başına bəla olan stadionun ot örtüyü məsələsinin həll yolunu tutub. Futbolinfo.az xəbər verir ki, sürətlə aşınan “TT Arena”nın ot örtüyünü yeniləmək üçün İtaliyanın “Desso” firmasıyla razılıq əldə olunub.
Arenanın açılışından bəri davamlı zəmin problemləriylə qarşılaşan “sarı-qırmızılar” “Uembley”, “Emireyts” və “San Siro” kimi nəhəng stadionların ot örtüyünü yeniləmiş “Desso” firmasından keyfiyyət zəmantəi də alıb.
Xüsusilə Çempionlar Liqasında “Yuventus”la matçda bərbad zəmin ucbatından UEFA-nın tənqidinə tuş gələn “Cim-Bom” bu anlaşmanın qarşılığında 400 min avro ödəyəcək.





