Türkiyənin “Gənclərbirliyi” komandasının baş məşqçisi Mehmet Özdilek bu gün Antalyada “Xəzər Lənkəran”a qarşı keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
“Xəzər Lənkəran" yaxşı təsir bağışladı. Hiss olunur ki, pis komanda deyil. Ancaq Mustafa Dənizliyə vaxt lazımdı. Ümid edirəm ki, onlar gələcəkdə daha yaxşı oynayacaqlar. Bizə gəlincə, yoxlama oyunlarında nəticə xüsusi əhəmiyyət kəsb etmir".
Shares: