Bu dəqiqələrdə Antalyada son Azərbaycan çempionu "Neftçi" qardaş ölkə çempionatının lideri "Fənərbaxça" ilə yoxlama oyunu keçirir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan öncə hər iki komandanın üzvləri dostluq mesajı olaraq birgə şəkil çəkdiriblər.
 
Bu qarşılaşmanı izləyənlər arasında "ağ-qaralar"ın əzəli rəqibi "Xəzər Lənkəran"ın nümayəndələri də var. Belə ki, cənub təmsilçisinin baş məşqçisi Mustafa Dənizlinin köməkçiləri Oğuz Çətin, Emin Quliyev, həmçinin digər klub rəsmiləri də "Mardan" stadionunda qarşılaşmanı canlı izləyir.
 
 
 
Shares: