Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin çıxış etdiyi Almaniyanın “Hannover” klubu Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyənin "Çaykur Rizəspor” klubuyla qarşılaşıb.
 
Tayfun Korkutun yetirmələri türk klubunun müqavimətini qıra bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb. Əli Gökdəmir bu oyunda oynamayıb.
 
Qeyd edək ki, Gökdəmir toplanış çərçivəsində yalnız bir yoxlama oyununda – “Herta”ya qarşı forma geyib və görüş 0:0 hesabı ilə başa çatıb.
Shares: