"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu günün yeganə çalışmasına 11:00-da yollanıb.
 
Məşq 1 saat 40 dəqiqə davam edib. Fiziki hazırlıq üzərində qurulmuş çalışma sonunda 2 qrupa bölünən komanda futbolla məşqi başa çatdırıb. "Qarabağ"ın məşqində zədəli Nikolas Gelaşvili iştirak etməyib. Əvəzində düşərgəyə gec qoşulan braziliyalılar komanda ilə birlikdə kollektiv çalışmada iştirak ediblər.
 
Qeyd edək ki, "Qarabağ" sabah ilk yoxlama oyununa çıxacaq. Ruminiyanın "Dinamo" (Buxarest) klubuyla matç ağdamlıların məskunlaşdığı "İC Santai" otelinin futbol meydançasında baş tutacaq. Oyun Bakı vaxtıyla 13:30-da start götürəcək.
Shares: