“Napoli"nin hücumçusu Qoran Pandev İngiltərənin “Tottenhem” klubunun maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, makedoniyalı hücumçu bu ay “mahmızlar”ın heyətinə keçə bilər.
 
İtaliya mətbuatına inansaq, London təmsilçisi artıq təcrübəli futbolçu ilə danışıqlara başlayıb. Oyunçu özü də Qonsalo İquayn və Xose Kalleson kimi hücumçuların kölgəsində qaldığından komandasını dəyişməyə müsbət yanaşır.
 
Pandev “Napoli”yə 2011-ci ildən “İnter”dən keçib.
Shares: