"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Antalyada Türkiyənin "Fənərbaxça" klubuna qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az saytına müsahibəsində o, qolsuz bitən qarşılaşma ilə bağlı öncə bunları söyləyib:
 
– Mənim üçün Türkiyə ilə Azərbaycan arasında fərq yoxdu. Bu oyuna sadəcə, dostluq oyunu kimi baxırdıq. "Fənərbaxça" güclü komandadı. Biz hər güclü komandadan nəsə öyrənirik. Məhəmməd Peyğəmbər deyib ki, beşikdən qəbr evinə qədər öyrənin.
 
– Mahir Şükürov deyir ki, məşqçi bizə çox inanır və biz də ona görə canımızdan keçərik…
– Mən sevinirəm ki, futbolçum mənim haqqımda belə söz deyir. Mən də onları çox sevirəm. Mənim 2 yox, 23 oğlum var.
 
– Müəyyən məqamlara görə bu oyunda minimal hesabla uduzmağın da normal olduğunu düşünmədiz?
– Yox, general futbolçuları həmişə döyüşə hazırlamalıdı. Mənim futbolçularım meydanda döyüşür.
Shares: