İngiltərənin "Tottenhem" klubunun forvardı Emanuel Adebayor komandanın sabiq baş məşqçisi Andre Villaş-Boaşı tənqid edib. Futbolinfo.az xəbər verir ki, forvard portuqal mütəxəssisi ona heyətdə yetəri qədər şans verməməkdə günahlandırıb:
"Mən Villaş-Boaşı müzakirə etmirəm və ona qarşı heç bir kinim yoxdu. Yəqin ki, o hesab edib ki, pis məşq edirəm və hazır deyiləm. Baş məşqçi komandanın yaxşı vəziyyəti üçün çalışır. Ona görə də, onu günahlandırmıram. O, yaxşı menecer və yaxşı insandı. Lakin mənə şans verməli idi”.
Adebayor 2011-ci ildən “Tottenhem”in şərəfini qoruyur.





