Rumıniyanın "Dinamo" (Buxarest) klubunun kapitanı Katalin Munteanu bu gün Antalyada "Qarabağ"a qarşı keçirdikləri yoxlama matçını şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
 
“Çətin oyun oldu. Biz burada yaxşı hazırlıq keçirik. Ağır məşqlərimiz olur. Rəqibimiz elə də asan komanda deyildi. Bu gün qalib gəldilər. Biz isə növbəti oyunumuza daha yaxşı hazırlaşmalıyıq. İlk dəfə idi ki, Azərbaycan komandası ilə üz-üzə gəlirdim. Azərbaycanda oynayan  Adrian Pit, Manuel Skarlatake var. Onları tanıyıram. Skarlatake mənim yaxın dostumdu. Onu da burada gördüm. Azərbaycan haqqında söhbət etdik. O, yaxşı şeylər danışdı. Bu gün də “Qarabağ”ı gördüm və düşünürəm ki, sizin ölkənizdə futbol inkişaf edir. Rəqibin heyətində çox güclü futbolçular var idi”.
Shares: