Bu gün futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 21-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun komandası “Dənizlispor” səfərdə “1461 Trabzon”la qarşılaşıb.
 
Görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Yunisoğlu ilk dəqiqələrdən meydanda mübarizə aparıb.
 
Hazırda “Dənizlispor” yarış cədvəlində 19 xalla 15-ci pillədə qərarlaşıb.
Shares: