"Rəvan"ın əsas komandası ilə bərabər, əvəzedicilərdən ibarət komandası da mövsümün ikinci yarısına hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Anar Vəliyevin yetirmələri təxminən bir həftəlik məşq prosesindən sonra yoldaşlıq oyununda qüvvəsini sınayıb.
 
1-ci divizion təmsilçisi "Mil-Muğan”la qarşılaşan əvəzedicilər qələbə qazanıb. 55-ci dəqiqədə Vüsal İsgəndərovun vurduğu qol yeganə olub.
 
Onu da qeyd edək ki, planda daha 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Sadəcə, rəqiblərin adları hələ dəqiqləşməyib.
Shares: