Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan “Qəbələ” bu gün Antalya toplanışı çərçivəsində dördüncü yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Yuri Syominin yetirmələri Qazaxıstanın “Spartak” klubu ilə qarşılaşıb.
Qeyd edək ki, “Qəbələ” əvvəlki üç yoxlama oyununda Türkiyənin “Maltepespor” (1:1), Qazaxıstanın “Tobol” (2:1) və Türkiyənin “Konyaspor” (2:4) komandaları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
20 yanvar
19:00. Qəbələ – Spartak 1:1 (0:0)
Qol: Leonardo, 66, pen. (1:1)





