Mövsümün qalan hissəsinə hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" və "Rəvan" komandaları qanlı 20 yanvar hadisəsinə biganə qalmayıb. Futbolinfo.az xəbər verir ki, hər iki komanda  yoxlama matçlarında 20 yanvar hadisəsini anıblar.
 
Günün birinci yarısında ağdamlılar Buxarest "Dinamo"su ilə oyunda meydana qara sarğı ilə çıxıb. "Rəvan" isə Braziliyanın “Uniao” komandası ilə matça başlamamışdan öncə meydanın mərkəzində 1 dəqiqəlik sükütla şəhidlərimizin ruhunu yad ediblər.
Shares: