"İnter"in əvəzedici heyəti "Şəfa" stadionunda təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, toplanış çərçivəsində komandanı daha iki yoxlama matçı gözləyir.
Belə ki, bu gün "İnter" MOİK-lə qarşılaşacaq. Yanvarın 24-də isə komanda 1-ci divizion təmsilçisi "Şuşa" ilə görüşəcək.
Qeyd edək ki, hər iki matç "Şəfa" stadionunda baş tutacaq.
Əlavə edək ki, "Şuşa" komandasıyla keçiriləcək yoxlama matçıyla da "İnter" toplanış prosesini yekunlaşdıracaq. Toplanış çərçivəsində keçirilən oyunlarda bu komanda "Sumqayıt" (4:2) və "Qarabağ" (1:0) komandalarını məğlub etmişdi.





