“Roma” heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəhər verir ki, İtaliya nəhəngi Mişel Baştoşun transferini rəsmən açıqlayıb.
 
Braziliyalı futbolçu Romaya gələrək tibbi baxışdan da keçib. BƏƏ-nin “Əl Əyn” klubundan transfer edilən 30 yaşlı müdafiəçi “Napoli”nin təklifini rədd edərək paytaxt klubunu seçib. Buna səbəb isə Mişelin “Lill”də oynadığı zaman baş məşqçi Rudi Qarsiya ilə tanışlığıdı. Baştoşun bu həftə “Verona” ilə oyunda yeni komandasında debüt edəcəyi gözlənilir.
 
Xatırladaq ki, Baştoş bu günədək “Feyenoord”, “Olimpik” (Lion) və “Şalke” kimi klubların şərəfini qoruyub.
Shares: