İtaliyanın iki nəhəng klubub “İnter” və “Yuventus” aralarında oyunçu dəyişikliyi ediblər. Futbolinfo.az “La Gazzetta Dello Sport” qəzetinə istinadən xəbər verir ki, “qoca sinyora”nın təcrübəli hücumçusu Mirko Vuçiniç “İnter”ə keçib.
 
Əvəzində isə “neradzurra” istedadlı yarımmüdafiəçi Freddi Quarini Turinə göndərib. Razılaşmaya əsasən, komandalar heç biri əlavə pul ödəməyiblər. Artıq hər iki futbolçu komanda yoldaşları ilə vidalaşaraq yeni klubunun yolunu tutub.
 
Qeyd edək ki, bir müddət öncə “Arsenal”ın Vuçiniç üçün göndərdiyi təklif “Yuventus” tərəfindən rədd edilmişdi.
Shares: