“Çelsi”nin gənc yarımmüdafiəçisi Eden Hazard haqqında çıxan transfer şayiələrinə münasibət bildirib. Futbolinfo.az xəhər verir ki, belçikalı 60 milyon avro qarşılığında PSJ-yə keçəcəyi ilə bağlı xəbərlərin həqiqət olmadığını deyib:
 
"Son dörd ildi ki, hər transfer dönəmində başqa kluba gedəcəyimi deyirlər. İndi də PSJ-yə transfer olunacağımla bağlı xəbərlər yayılıb. Mən "Çelsi"də oynayıram və burada olduğum üçün xoşbəxtəm. Qış və ya yay transfer pəncərsində heç yerə getməyəcəm".
 
Hazard 2012-ci ildən “zadəganlar”ın şərəfini qoruyur.
Shares: