Antalyada hazırlıqları davam etdirən “İnter” baxışa yarımmüdafiəçi dəvət edib. Bu barədə futbolinfo.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.
“Düşərgəmizə kosta-rikalı Dieqo Madriqalı dəvət etmişik. O, hazırda yoxlanışdadı. Çox güman ki, onunla müqavilə bağlanılacaq”.
Qeyd edək ki, tam adı Dieqo Xose Madrqial Ulloa olan 24 yaşlı futbolçu karyerasına UKR klubunda başlayıb. O, “Herediano”, “Serro Porteno”, “Santos Quapiles” və “Saprissa” klublarında da oynayıb. Karyerası ərzində 91 oyun keçirən pleymeyker 18 dəfə fərqlənə bilib.
11 dəfə Kosta-Rika millisinin də formasını geyinən Madriqal cəmi bir dəfə qol vura bilib.
Kosta-Rika mətbuatı isə Madriqalın artıq "İnter"lə 2 illik müqavilə imzaladığını yayıb.





