“Milan”ın təcrübəli siması Kaka birvaxtlar futbolçu kimi çiyin-çiyinə top qovduğu Klarens Zeedorfun indi ona məşqçilik etməsindən danışıb. Futbolinfo.az xəhər verir ki, braziliyalı qəribə olsa da, bu reallığı qəbul etdiyini bildirib:
“Zeedorf fantastik və çox ağıllı futbolçu idi. O, meydanda olarkən oyunçularla danışmağı sevərdi. Yəni futbolçu olduğu vaxtlarda baş məşqçi kimi davranırdı. İlk dəfə keçmiş komanda yoldaşım baş məşqçim olur. Bu, mənim üçün bir az qəribə durumdu. Mənimlə oynayan biri indi mənə əmrlər verir. Onun Avropanın böyük klublarında çox şey öyrəndiyinin şahidi oldum".
Xatırladaq ki, Kaka və Zeedorf 2003-09-cu illərdə “Milan”da birgə top qovub.





