İtaliyanın “İnter” klubunun forvardı Dieqo Milito Türkiyə klubu ilə anlaşmağa yaxındı. Futbolinfo.az xəbər verir ki, söhbət “Trabzonspor”dan gedir.
 
“Bordo-mavilər” 34 yaşlı hücumçunu heyətinə qatmaq üçün çalışmalara başlayıb. Cari mövsüm zədə ucbatından istədiyi qədər forma geyə bilməyən argentinalının şansları Mirko Vuçiniçin gəlişindən sonra daha da azalıb. Odur ki, Dieqo da daimi forma geyəcəyi bir komandada oynamaq istəyir. Trabzon təmsilçisi “neradzurra”nın verəcəyi cavabı gözləyir.
Shares: