“Xəzər Lənkəran”a braziliyalı mərkəz müdafiəçisinin gələcəyini öncədən xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq sözügedən futbolçunun kimliyinə aydınlıq gəlib.
 
Söhbət 27 yaşlı müdafiəçi Villian Tyeqodan gedir. Bu barədə Braziliya mətbuatı da məlumat yayıb. O, artıq “Xəzər Lənkəran”la anlaşıb. Futbolçu klub rəhbərliyi ilə razılaşdıqdan sonra ölkəsinə dönüb və 2 gündən sonra yenidən Antalyaya qayıdacaq. Tyeqonu komandanın sekelsiyaçı məşqçisi Mario Souza Mustafa Dənizliyə təklif edib və o, da bəyənərək komandaya dəvət edib.
Qeyd edək ki, Villian Tyeqo de Xesus peşəkar kayerasına 2006-ci ildə başlayıb və ilk klubu “Sequype” olub. Sonra “Qremio”ya keçən müdafiəçi bu komandanın heyətində 25 oyun keçirib və 1 qolun müəllifi olub. 2010-ci ildə icarə əsasında “Kyoto Sanqa” klubuna gedən futbolçu 10 dəfə forma şansı qazanıb və qol vura bilməyib. Burada da qərarlaşa bilməyən Tyeqo “Bahya”ya icarəyə verilib. Bu klubda 5 dəfə meydana çıxan mərkəz müdafiəçisi heç nə ilə yadda qalmayıb və icarə əsasında “Keara”ya gedib. Orada 17 matçda meydana çıxan və bir dəfə fərqlənən Tyeqo “Qremio”ya qayıdıb. Klubu isə onu 2013-cü ildə “Fiquerense”yə satıb. O, “Xəzər Lənkəran”a məhz bu klubdan gəlib.
Shares: