"Fənərbaxça" rəhbərliyi məhkəmə qərarı ilə prezidentlikdən məhrum edilən Əziz Yıldırımla bağlı maraqlı fikir irəli sürüb. Futbolinfo.az xəbər verir ki, komandanın idarə heyəti 15 ildi ki, “sarı-lacivərdlər”ə rəhbərlik edən iş adamının fəxri prezidentliyə gətirilməsini məqsədəuyğun sayıb.
Yanvarın 25-də baş tutacaq iclasda qərarın rəsmiləşəcəyi gözlənilir. Rəhbərlik Yıldırımın rəsmi şəkildə prezidentliyini bitirməyə məcbur olsa da, sonsuzadək "Fənərbaxça" prezidenti qalmasını istədiyini bildirib.
Qeyd edək ki, Türkiyə məhkəməsi danışılmış oyunlarl bağlı Yıldırma iki aylıq həbs cəzası da verib.





