Türkiyənin “Bursaspor” klubu komandanın sabiq forvardı Sercan Yıldırımı komandaya qaytarıb. Futbolinfo.az xəbər verir ki, transfer hüququ “Qalatasaray”da olan, mövsümün birinci dövrəsində aşağı divizionda “Şanlıurfaspor”da icarə əsasında çıxış edən hücumçu ikinci dövrəni yenidən Super Liqada keçirəcək.
Sercan “ağ-yaşıllar”da da eynilə icarə əsasənda top qovacaq. 23 yaşlı özünü yaxşı tərəfdən göstərə bilsə, Bursa klubu Yıldırımın transfer hüququnu da alacaq.
Qeyd edək ki, Sərcanın bu qış "Xəzər Lənkəran"a gələcəyi barədə də xəbərlər dolaşırdı.





