"İnter"in Türkiyədə təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, toplanış çərçivəsində "İnter" daha bir yoldaşlıq matçı keçirməyə hazırlaşır.
 
Bu gün – yanvarın 22-də baş tutacaq oyunda rəqibin adı da artıq məlumdu. "Bankirlər" Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Zeyts" klubuyla qarşılaşacaq. Oyun Bakı vaxtıyla əvvəlcə elan edildiyi kimi, saat 18.00-da yox, 19.00-da başlayacaq.
Shares: