Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilər komandası toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Rusiya təmsilçisi "Lokomotiv"lə (Moskva) üz-üzə gələn "qırmızı-qaralar" 0:2 hesabilə məğlub olub.
 
Tərəflər ilk hissədə heç-heçəyə razılaşsalar da, "Lokomotiv" ikinci hissədə 2 dəfə fərqlənməyi bacarıb. Xatırladaq ki, "Qəbələ" matçın ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə meydançaya çıxıb.
 
Luis Araqonun yetirmələri növbəti oyunu yanvarın 23-də Küveytin U-21 yığmasına qarşı keçirəcək. 
Shares: