"Sumqayıt" ölkə daxilində təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda gündə iki dəfə olmaqla Topaz Premyer Liqasının 3-cü dövrəsinə hazırlaşır.
 
Heyətdə zədəli futbolçu yer almır. Qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsən-Alızadə U-21-in düşərgəsində olduğu üçün hazırlığa nisbətən gec qoşulacaq.
 
"Sumqayıt" növbəti yoxlama oyununu yanvarın 23-də "Şahdağ"a qarşı keçirəcək. Həmin qarşılaşma Sumqayıtda saat 16:00-da başlayacaq.
Shares: