Topaz Premyer Liqasının qalan 2 dövrəsinə İspaniyada hazırlaşan “Bakı” bu gün Marbelya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Styaua” komandası ilə qarşılaşıb.
Oyun Milinko Pantiçin yetirmələrinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, buna qədər “Bakı” Albaniyanın “Laçi” (4:0), İspaniyanın “Linense” (0:1) və Ukraynanın “Dnepr” (0:0) komandaları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
22 yanvar
Bakı – Styaua – 2:0
Qollar: Aleksandr Şoliç, 17, Namiq Ələsgərov, 49.





