Braziliyanın “Fox Sport Brasil” televiziyası canlı efirdə milli komandanın üzvü Dantenin transferi haqqında xəbər yayıb. Futbolinfo.az xəbər verir ki, efir zamanı “Bavariya”nın şərəfini qoruyan stopperin “Mançester Yunayted”ə keçəcəyi bildirilib.
Keçidin müddəti və maddi tərəfləri barədə isə açıqlama verilməyib.
Elə Dantenin özü də telefonla verilişə qoşularaq hazırda “Bavriya”nın futbolçusu olduğunu, lakin MY-nin təklifindən qürur duyduğunu dilə gətirib.





