AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyinin futbolinfo.az saytına müsahibəsi
– AZAL mövsümün qalan hissəsinə necə hazırlaşır?
– Məşqlərimiz gərgin keçir. Premyer Liqanın ikinci yarısına ciddi hazırlaşırıq.
– Komandanızın çempionatın ikinci yarısında iddiası nə olacaq?
– Biz birinci yarıdan daha yaxşı çıxış etmək fikrindəyik. Bütün çalışmalarımız bu yöndədi. Fevralın 2-də baş tutacaq oyuna tam hazır olmalıyıq.
– AZAL Türkiyəyə təlim-məşq toplanışına getmədi. Bu, çıxışınıza təsir edə bilər?
– Yox, mən elə düşünmürəm. Türkiyədə və ya hər hansı ölkədə təlim-məşq toplanışı keçmək vacib deyil. Vacib olan odu ki, komanda harda hazırlaşmağından asılı olmayaraq, çempionatda özümüzü yaxşı tərəfdən göstərək.
– Demək olar ki, büdcənin azaldılması komandanı iddiasız edib?
– Yox. Bizim büdcə çempionat başlayanda azaldılmışdı. Amma bu, komandaya o qədər də təsir etmədi. Biz yenə də hər oyunda meydana qələbə üçün çıxırıq.
– Amma belə görünür ki, bu mövsüm komandanın heç avrokuboklara da iddiası yoxdu…
– İndidən heç nə demək olmaz. Çempionatın sonuna hələ çox var. Niyə biz avrokuboklara getmək üçün mübarizə aparmayaq? Aparacağıq və sona qədər döyüşəcəyik.
– Başqa klublardan təkliflər almamısız?
– Bu barədə danışmaq istəmirəm. Çünki bunlar mənim şəxsi işimdi.
– Bu barədə danışmaq istəmirəm. Çünki bunlar mənim şəxsi işimdi.
– AZAL-da qalmaq istəyirsiz?
– Bəli, qalmaq istəyirəm. Ən azından mövsümün sonuna qədər burda qalmalıyam. Ondan sonra baxacağıq.
ELSEVƏR





