“Qalatasaray” uzun müddətdi arxasında olduğu futbolçunun transferini nəhayət ki, rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, söhbət “Qremio”dan alınan braziliyalı müdafiəçi Aleks Tellesdən gedir.
Cinah oyunçusu yanvarın 18-dən İstanbulda olsa da, o, “Cim-Bom”la bu səhər sözləşmə imzalayıb. 21 yaşlı futbolçu 4.5 illik sözləşməyə qol çəkib.
“Sarı-qırmızılılar” bu keçid üçün Tellesin sabiq klubu “Qremio”ya 6 milyon 150 min avro ödəyəcək.





