“Xəzər Lənkəran”ın türkiyəli futbolçu Sinan Kaloğlunu və braziliyalı Eliası transfer etmək niyyətində olduğu barədə xəbərlər yayılıb. Bu xəbərlərin nə dərəcədə həqiqi olub-olmadığını öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.
O, futbolinfo.az saytına açıqlamasında bunları söylədi: “Sinan Kaloğlu adlı futbolçu transfer siyahımızda yoxdu. Bu xəbərlər yalandı. Eliasa gəldikdə isə onun haqqında nəsə deyə bilmərəm. Əgər rəsmi nəsə olsa, bu barədə məlumat verəcəyik. Hazırda düşərgəmizdə 1 braziliyalı var. O da müdafiəçi Villian Tyeqodu. Qarşıdakı günlərdə düşərgəyə daha 2 futbolçu qoşula bilər. Onların kimliyi haqqında isə məlumat yoxdu".





