Alvaro Silvanın meneceri Marko Kırdəmirin “Xəzər Lənkəran”dan 35 min dollar pul istədiyini yazmışdıq. Sözügedən menecer cənub təmsilçisinin Alvaronun transferinə görə ona borclu qaldığını və hələ də həmin pulu ödəmədiyini bildirmişdi.
 
Futbolinfo.az saytı Kırdəmirin hansı sənəd əsasında Lənkəran klubundan bu məbləği tələb etdiyini üzə çıxarıb. Maraqlıdı ki, menecer Silvaya görə heç bir hüquqi sənəd əsasında pul tələb etmir.
 
Birincisi, sənəddə qeyd olunan yazıya görə tələb olunan pul bir ay ərzində ona çatmalı idi. Amma ispaniyalı futbolçu artıq bir ildi ki, cənub klubunda top qovur.
İkincisi, Kırdəmirin əlində hüquqi bir şey olsaydı, FİFA-ya müraciət edə bilərdi. O isə heç bir quruma bu barədə şikayət etməyib.
 
Üçüncüsü, menecerin əlində tutduğu sənədin hüquqi bir əsasının olmadığı üzərində möhür olmamasından da açıq-aşkar görünür. Möhür olsaydı belə, bu, təklif sənədidi. Yəni, Marko ilə müqavilə sənədi deyil və klub üçün heç bir öhdəlik yaratmır.
 
Marko Kırdəmir Alvaro Silvanın klubun düşərgəsinə ikinci dəfə də onunla gəldiyini saytımıza bildirsə də, həm “Xəzər Lənkəran” rəhbərliyi, həm də futbolçu bunu təkzib edib. Buradan aydın olur ki, menecer sadəcə bu klubdan pul almaqda israrıldı. Özü də hüquqi bir əsası olmadan.
Shares: