İspaniyanın "Valensiya" klubu "Napoli"dən futbolçu transfer edib. Futbolinfo.az xəbər verir ki, Neapol təmsilçisinin çilili üzvü Eduard Varqas bundan sonra karyerasını İspaniyada davam etdirəcək.
Tərəflər icarə əsasında razılığa gəliblər. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, "Napoli"də ehtiyatda qalan oyunçu "Valensiya"ya əsas heyətdə oynamaq şərti ilə transfer edilməyə razı olub.





