Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubu Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Rinat Bilyaletdinovun yetirmələri hazırkı Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Abışov ikinci hissənin əvvəlində hesab 0:0 olarkən meydana çıxıb.
Qeyd edək ki, bu oyunu Azərbaycanın FİFA referisi Rəhim Həsənov idarə edib. O, “Rubin”in futbolçusu İqor Koronova qırmızı vərəqə göstərməklə yadda qalıb.





