"Qarabağ"ın 7 ay öncə transfer etdiyi, amma ictimaiyyətdən gizlədilən, əməkdaşımızın araşdırması nəticəsində yalnız ötən gün üzə çıxan qapıçı Halil Oğuzxanın futbolinfo.az saytına müsahibəsi
 
– Hazırlıqlar necə gedir?
– Yaxşıdı, hər şey qaydasında davam edir.
 
– Bilirik ki, artıq xeyli vaxtı "Qarabağ"ın heyətindəsiz. Yeni komandanız barədə nə deyə bilərsiz?
– Hazırda mükəmməl bir komandada olduğumu deyə bilərəm.
 
– Bakıya nə vaxt qayıdırsız?
– İnşallah, yanvarın 26-da.
 
– "Qarabağ"da Fərhad Vəliyev, İbrahim Şehiç var. Əsas heyətə düşmək çox çətindi?
– Təbii ki, çox çətindi. Mən də əsas heyətə düşmək üçün çalışıram. Hələ qarşımızda xeyli vaxt var.
 
– Klubla müqaviləniz nə vaxta qədərdi?
– Bu mövsümün sonunda müqaviləmin müddəti bitir.
 
– Müqavilə müddətini artırmağı düşünürsüz?
– Təbii ki, qismət olsa, hə. Əgər Qurban Qurbanov da istəsə, mən əlimdən gələni edəcəm.
 
– Klubla müqavilənizi yeniləmək istəyirsiz. Amma indiyədək əsas heyətə düşməmisiz. Belə olan halda niyə "Qarabağ"da qalmaq istəyirsiz?
– Baş məşqçi düşünmədiyi şəxsi komandada saxlamaz. Əgər qalsam, əsas heyətə düşmək üçün əlimdən gələni edəcəm. Təbii ki, bunun üçün hələ tezdi. Çünki "Qarabağ" böyük bir komandadı və mənim də çox əskiklərim var. Çətin olsa da, mən əlimdən gələni etməliyəm.
 
– Neçə aydı "Qarabağ"ın düşərgəsindəsiz?
– 7 ay.
 
– Bəs bu qədər müddət ərzində "Qarabağ"a keçidiniz niyə gizli saxlanılırdı?
– Gizli saxlanılmayıb axı.
 
– Ancaq bu transfer ictimaiyyətə açıqlanmırdı…
– Niyə açıqlanmadığının səbəbini bilmirəm. Amma ortada gizlədiləcək bir şey yoxdu. Məncə, bu hadisə şişirdilir.
 
– İbrahim Şehiç də "Qarabağ"a "Mersin İdmanyurdu"ndan gəlib. Təsadüfən onu Ağdam klubuna siz təklif etməmisiz?
– Belə bir şey olmayıb. Onun "Qarabağ"a necə gəlməsindən xəbərsizəm.
 
– "Qarabağ"da hansı futbolçunu daha çox bəyənirsiz?
– Xal hesabına baxsaq, hər futbolçunun öz mövqeyində yaxşı oynadığını demək olar. Hamısını komanda olaraq bəyənirəm.
 
– "Mersin İdmanyurdu" ilə "Qarabağ"ı fərqləndirən cəhətlər hansılardı?
– Hər cəhətdə bir-birindən fərqli klublardı. Komandalar arasındakı fərq böyükdü.
 
– 7 aydı ki, Bakıdasız. Şəhərimizi bəyənirsiz?
– Bakı inkişaf etmiş, mükəmməl bir şəhərdi. Memarlıq cəhətdən çox yaxşıdı. Gözəl binaları var.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: