Braziliyanın “Botafoqo” klubunun hücumçusu Nikolas Lodeyro karyerasını Türkiyədə davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, cari mövsüm enişli-çıxışlı oyunu ilə yadda qalan “Beşiktaş” uruqvaylı ilə razılığa gəlib.
“Qara qartal”ın rəsmi saytı bu haqda rəsmi informasiya yayıb. Nikolas İstanbul klubunda iacrə əsasında mövsümün sonuna qədər çıxış edəcək. Əgər o qənaətbəxş təsir bağışlayarsa “ağ-qaralar” Lodeyranı birdəfəlik transer edəcək. Oyunçunun sabah İstanbula gələrək tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir.





