Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan "İnter" ötən gün növbəti yoxlama matçını keçirdi. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Antalya toplanışı çərçivəsində bu dəfə Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparan "Zeyts" klubuyla qarşılaşıb.
Oyun 2:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. "Bankirlər"in heyətində Baçana Sxadadze və Sezar Meza Kolli fərqləniblər.
Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 25-də keçirəcək. Rəqib Almaniyanın "Arminiya" klubu olacaq.





