Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov AZAL-da çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, hazırda zədəli olan futbolçu sağaldıqdan sonra komandaya qoşulacaq.
 
"Sumqayıt"dan ayrıldıqdan sonra klubsuz qalan Əsgərov AZAL-ın düşərgəsinə yollanmışdı. Ancaq məşqdə yıxılaraq ciddi zədə alan hüçumçu əməliyyat olunmaq məcburiyyətində qalmışdı. Onun sağalması isə ən azı 2-3 ay çəkəcək. Əsgərov sağaldıqdan sonra yenidən AZAL-ın heyətinə qoşulacaq. Bizimlə söhbətində xəbəri klubun baş məşqçisi Vaqif Sadıqov da təsdiqlədi.
Shares: