Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan "Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun budəfəki rəqibi Almaniyanın "Vuppertaler" komandası olub.
Ağdamlılar matçın əvvəlində 2 qol vurmağa nail olsalar da, qələbə hesabını qoruya bilməyiblər. Qarşılaşma sülhlə başa çatıb.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri bundan öncə Rumıniyanın "Dinamo" (Buxarest, 1:0) və Albaniyanın "Flamurtari" (1:2) klubları ilə də qarşılaşmışdı.
Yoxlama oyunu
23 yanvar
Qarabağ – Spartak – 2:2
Qollar: Hacı Əhmədov, 22 (1:0), Riçard Almeyda, 27 (2:0)





