"Arsenal"ın baş məşqçisi Arsen Venger ötən gecə "Barselona"nın İspaniya Kubokunda "Levante"ni 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı stadiondan canlı izləyib. Bu dəfə o skautları göndərməkdənsə, özü katalonların oyununu müşahidə etmək istəyib.
Futbolinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis London klubunun idman direktoru İvan Qazidislə birgə oyunu izləyib. Çalışdırıcı İspaniyaya boşuna gəlməyib. O, “Barsa”nın 3 futbolçusu – Kristian Telyo, Serxi Roberto və Pedro Rodriqesi izləmək üçün stadionda olub.
İddialara görə Venger bu 3 futbolçudan birini komandasına cəlb etmək istəyir.





