Antalyada hazırlıqları davam etdirən “Xəzər Lənkəran” heyətinə daha bir futbolçu qatmaq niyyətindədi. Futbolinfo.az xəbər verir ki, bu, rumıniyalı 34 yaşlı futbolçu Florin Çernatdı.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Mustafa Dənizlinin “Rizəspor”dan tanıdığı futbolçu “ağ-yaşıllar”ın heyətinə cəlb oluna bilər. Türkiyəli mütəxəsssis rəhbərliyi altında oynamış pleymeykeri yenidən komandasında görmək istəyir. Qardaş ölkə mətbuatının iddiasına görə Dənizli hətta “Rizəspor” rəhbərliyinə bu barədə müraciət edib və müsbət cavab alıb.





