"Çelsi"nin futbolçusu Xuan Matanın “Mançester Yunayted”ə transfer ola biləcəyi barədə daha əvvəl məlumat vermişdik. Görünür proqnoz düz çıxacaq.
Futbolinfo.az xəbər verir ki, ötən gün “zadəganlar”ın düşərgəsində baş verənlər belə deməyə əsas verir. Mata komandanın dünənki məşqinə çıxmaqdan imtina edib. İspan yarımmüdafiəçinin meneceri isə Mançesterdə görüntülənib. İngiltərə mətbuatına inansaq, Xuan yaxın 2 gün ərzində MY-də tibbi müayinədən keçəcək. Transfer "qırmızı şeytanlar"a 40 milyon funta başa gələcək.





