"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini ötən mövsüm yollarını ayırdığı “Mançesyer Siti” klubu haqqında açıqlama verib. Futbolinfo.az xəbər verir ki, italiyalı bugünkü MS-ni Manuel Pelleqrininin yox, özünün yaratdığını iddia edib:
"Pelleqrini işinin öhdəsindən yaxşı gəlir. Amma bu komandanı 3 il əvvəl mən yaratmışam. Mançesterdə etdiklərim üçün xoşbəxtəm. Hazırda fərqlənən futbolçuları ora mən gətirmişdim. Bəlkə də 4-5 ildən sonra məşqçi komandasını dəyişməlidi. Mən öz işimi gördüm, fantastik komanda yaratdım. Ötən il çempion olmamağımızın yalnız bir səbəbi var idi: çünki "Mançester Yunayted" Robin van Persini aldı".
Qeyd edək ki, Mançini 2009-13-cü illərdə “şəhərlilər”ə 3 kubok qazandırıb.





