Türkiyə mətbuatı “Rizəspor”un futbolçusu Florin Çernatın “Xəzər Lənkəran”a keçə biləcəyi ilə bağlı xəbərlər yayıb. Rumıniyalı futbolçu isə futbolinfo.az saytına açıqlamasında bunu təkzib edib:
 
“Hazırda belə söhbət yoxdu. Düzdü, əvvəl təklif olmuşdu. Amma “Rizəspor”un prezidenti mənim ora getməyimə razılıq vermədi. Çünki mənim bu klubla müqaviləm var. Burada qalmalıyam. O ki qaldı Mustafa Dənizli ilə görüşməyimə, bəli görüşmüşəm. Bu da “Xəzər Lənkəran”la keçirdiyimiz yoxlama görüşündə olub. Orada həm Dənizli, həm də Adrian Skarlatake ilə görüşmüşük. Hər ikisi ilə söhbət də etdik. Amma “Xəzər Lənkəran”a keçəcəyimlə bağlı söhbətlər yalandır. Əmin olun ki,mən bu klubda qalacağam və ”Rizəspor”la Super Liqada oynayacam”.
Shares: