Qış fasiləsindən istifadə edərək hazırlıqlarını Şüvəlanda davam etdirən AZAL ilk legioner transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, bosniyalı Nedo Turkoviç bundan sonra 2,5 il ərzində "təyyarəçilər"in formasını daşıyacaq.
AZAL qış transfer pəncərəsi açılan zaman baxışa 8 legioner çağırmışdı. Buna baxmayaraq baxışa gələn 8 futbolçudan 6-sı geri qaytarılmışdı. Baş məşqçi Vaqif Sadıqov qalan 2 legioner haqda isə son günlərdə qərarını verməli idi. Artıq baş məşqçi Turkoviçlə bağlı müsbət qərar qəbul edib.
Qeyd edək ki, 24 yaşlı hüçumçu son olaraq Qazaxıstanın "Akjayık" klubunda çıxış edib. O, meydana çıxdığı 11 oyunda 2 dəfə fərqlənməyə də imkan tapıb.





