Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız "Calista Sport Complex"in stadionunda Sinqapurun əsas milli komandası ilə qarşılaşıb.
 
Görüş sülhlə başa çatıb – 1:1. Yığmamızın heyətində Ağabala Ramazanov fərqlənib.
Shares: