Rusiyanın "Rubin" klubu bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Almaniyanın “Padeborn” komandasına qarşı keçirilmiş oyun Kazan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millimizin yarımmüdafiəçisi Ruslan Abışov da bu oyunun iştirakçısı olub. O, ikinci hissədə hesab 1:0 “Rubin”in xeyrinə olarkən meydana daxil olub.






